Moskvaya uçan təyyarədə adam öldü
13 Dekabr 2025, 21:21
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
202
14.04.2025, 12:45
ABŞ qoşunlarının 2021-ci ildə çıxarılmasından sonra Əfqanıstanda qalan Amerika silahları kütləvi şəkildə Pakistanın qara bazarında üzə çıxıb və separatçı qrupların əlinə keçib.
Bu barədə “The Washington Post”un araşdırmasında deyilir.
Nəşrin məlumatına görə, ABŞ Əfqanıstan hakimiyyətinə təxminən 7 milyard dollar dəyərində silah, o cümlədən 250 min avtomat, 18 min gecəgörmə cihazı və minlərlə digər müdafiə sistemi qoyub. Pentaqon deyir ki, ABŞ bu silahlara görə məsuliyyət daşımır, çünki onlar rəsmi olaraq Əfqanıstan hökumətinə təhvil verilib.
Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra bu silah ehtiyatları zəif qorunan sərhəddən Pakistana daşınmağa başladı. Yerli dilerlərdən biri WP-yə bildirib ki, ən son Amerika gecəgörmə cihazları endirimli qiymətlərlə, 2000 dollarlıq cihaz isə cəmi 300 dollara satılır. 2025-ci ilə qədər belə məhsullar hələ də Pakistan bazarlarında mövcuddur.
Həmçinin oxuyun
Pakistan hökumət mənbələrinin məlumatına görə, bu silahlar hazırda Pakistan Talibanı və Bəluc separatçıları tərəfindən istifadə edilir. Belə ki, martın 11-də Bəlucistan Azadlıq Ordusu tərəfindən sərnişin qatarına edilən hücum zamanı məhz Amerika silahlarından istifadə edilib.
Pakistan kəşfiyyat agentlikləri bildirirlər ki, yaraqlıların texnoloji avadanlıqları, o cümlədən gecəgörmə cihazları və dronları onlarla mübarizəni çətinləşdirir.
Artan təhlükə fonunda Pakistan hakimiyyəti ABŞ prezidenti Donald Trampdan müdaxilə etməyi və Amerika silahlarının yayılmasını dayandırmağı xahiş edib.
Miri
21:34 / 13 Dekabr 2025
1
21:21 / 13 Dekabr 2025
19
21:19 / 13 Dekabr 2025
21
21:15 / 13 Dekabr 2025
19
21:02 / 13 Dekabr 2025
23
20:49 / 13 Dekabr 2025
150
20:44 / 13 Dekabr 2025
43
20:36 / 13 Dekabr 2025
44
20:26 / 13 Dekabr 2025
52
20:01 / 13 Dekabr 2025
177
19:53 / 13 Dekabr 2025
61
19:21 / 13 Dekabr 2025
286
19:16 / 13 Dekabr 2025
93
18:32 / 13 Dekabr 2025
896
18:12 / 13 Dekabr 2025
154
18:02 / 13 Dekabr 2025
99
17:43 / 13 Dekabr 2025
1497
17:09 / 13 Dekabr 2025
99
16:55 / 13 Dekabr 2025
326
15:58 / 13 Dekabr 2025
107
15:47 / 13 Dekabr 2025
95
15:39 / 13 Dekabr 2025
120
15:08 / 13 Dekabr 2025
2764
14:50 / 13 Dekabr 2025
111
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.